10:41 02-12-2014
news_image
428
TOP OYUNLARI

“Azəryol”un rəqibi liderliyini təhvil verdi

Qadın voleybolçular arasında Fransa I Liqasında VI turun görüşlərinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Çempionlar Liqasında “Azəryol”un rəqibi “Nant” “Vann”ın qonağı olub.

 

Matç ev sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:2 (16:25; 25:19; 18:25; 28:26; 15:7). Bu məğlubiyyət “Nant”a liderliyini itirməsi bahasına başa gəlib. 2 xal itirib, 1 xal qazanan rəqibimiz 1-ci pilləni “Kann”a təhvil verib. Aktivində 14 xalı olan komanda Kannın eyni adlı təmsilçisindən 2 xal geri qalır.