15:52 02-12-2014
news_image
1570
TOP OYUNLARI

“Dünyanın bir çox ulduzları məhz Azərbaycana axışır”

“Azərbaycanda çıxış etmək mənim üçün həm voleybol, həm də həyat baxımından yaxşı təcrübə oldu. Orada adaptasiya olunmaq üçün özündə güc tapmalısan”. Apasport.az saytının məlumatına görə, bunu “Azəryol”un sabiq voleybolçusu Çyara di Yulio deyib.

 

İtaliya millisinin şərəfini qoruyan 28 yaşlı təcrübəli hücumçu Bakı klubundakı günlərini xatırlayıb.

 

2013/2014 mövsümündə Super Liqanın gümüş medalını qazanan, hazırda “Pyaçentsa”nın şərəfini qoruyan Yulio bildirib ki, Azərbaycan mətbəxi yalnız xoş sözlərə layiqdi: “Mən Bakıda ünsiyyətdə ciddi çətinlik çəkmədim, ingilis dilindən istifadə edirdim. Oradakı insanların çoxu Azərbaycan və rus dillərində danışırlar. Azərbaycanda yerli mətbəxin yeməklərindən isə ləzzət alırdım. Lakin həyatdakı kimi qidalanmada da balans yaratmağa çalışırdım. Əsasən metro və taksi ilə hərəkət edirdim. Məşqə komandanın avtobusu ilə gedib, gəlirdik. Yalnız Çempionlar Liqasının oyunları zamanı təyyarədən istifadə edirdik”.

 

Təcrübəli oyunçu Azərbaycan Super Liqasının gücündən də danışıb. Onun sözlərinə görə, ölkə çempionatımız İtaliya və Türkiyə ilə müqayisədə bir az aşağıdı: “Amma oyunçuların fiziki hazırlığı orada çox yüksəkdi. Kuba, ABŞ və dünyanın bir çox ulduzları məhz Azərbaycana axışır. Buna baxmayaraq, Azərbaycan voleybolu İtaliyadakından fərqlənir. Orada hər şeyə peşəkar səviyyədə yanaşırlar”.