16:06 02-12-2014
news_image
383
DİGƏR NÖVLƏR

Azərbaycanda keçiriləcək yarışın hesabatı Ciddədə veriləcək

Dekabr 3-4-də Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəylik İdman Federasiyasının (İHİF) növbədənkənar Baş Assambleyası və İcraiyyə Komitəsinin iclası keçiriləcək. Milli Olimpiya Komitəsindən (MOK) apasport.az saytına verilən məlumata görə, toplantıya Azərbaycan nümayəndə heyəti də qatılacaq.

 

İclasda ölkəmizi MOK-un və İHİF-nın vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi və İHİF-nın İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva və MOK-un digər nümayəndələri qatılacaqlar. Burada Azərbaycanda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunları ilə bağlı görülən işlərin hesabatı veriləcək və təqdimatı olacaq.

 

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 2017-ci ildə baş tutacaq.