17:09 02-12-2014
news_image
577
TOP OYUNLARI

Azərbaycan çempionatında II dövrə start götürür

Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasının II dövrəsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, 1 gündə keçiriləcək VI tur turnir cədvəlində lider dəyişikliyinə səbəb ola bilər.

 

Belə ki, Voleybol Mərkəzində “Azərreyl”in qonağı olacaq “Rabitə”nin ilk dövrədəki kimi asan qələbə qazanacağı gözləniləndir. Çünki son oyunlarda artıq əvvəlki gücünü ortaya qoyan çempionunun “dəmiryolçular” qarşısında xal itirəcəyi proqnozlaşdırılmır. Amma hələ xal qazana bilməyən “Azərreyl”in də ciddi müqavimət göstərəcəyi sözsüzdür. Çünki ilk dövrədəki məğlubiyyətlərdən nəticə çıxaran kollektiv ən azı “Dördlər finalı”na yüksəlməyi hədəfləyib. “Rabitə” “quru hesablı” qələbə sayəsində isə digər görüşün nəticəsindən asılı olmayaraq, birinci yerə yüksələcək.

 

Turun son matçında “Lokomotiv” “Azəryol”u sınağa çəkəcək. Mövsümün sürpriz komandası Aleksandr Çervyakovun yetirmələrini məğlub edəcəyi halda, liderliyini davam etdirəcək. Lakin bu onlara heç də asan başa gəlməyəcək. Çünki I turda “Azəryol” yeni araya gəldiyindən oyunçular arasında anlaşma istənilən səviyyədə deyildi. Bundan istifadə edən “dəmiryolçular” geridə olduqları görüşü aktivlərinə yazmağı bacarmışdılar.

 

Bu dəfə isə onların tam fərqli oyun göstərəcəkləri proqnozlaşdırılır. “Azəryol” hesabat turunda “Rabitə”yə, ondan öncə isə Çempionlar Liqasında “Fənərbaxça”ya məğlubiyyəti məhz “Lokomotiv” üzərində qələbə ilə sığortalamaq arzusundadırlar. Əgər “Rabitə” “Azərreyl”lə görüşdə xal itirərsə, “Azəryol” da “Lokomotiv”ə xal verməzsə ilk pilləni də ələ keçirə bilər.

 

 

II dövrə

 

3 dekabr

VI tur

16:00. “Azərreyl” – “Rabitə”

Voleybol Mərkəzi

İlk oyun: “Rabitə” – “Azərreyl”  - 3:0 (25:20, 25:22, 25:22)

 

18:00. “Lokomotiv” – “Azəryol”

Voleybol Mərkəzi

İlk oyun: “Azəryol” – “Lokomotiv” - 2:3 (26:24, 22:25, 25:22, 26:28, 11:15)

 

 

 

 

 Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Lokomotiv

4

4

0

0

2

2

0

0

0

12-6

411-390

10

2.

Rabitə

4

 3

1

2

0

1

1

0

0

11-5

372-327

9

3.

Azəryol

4

2

2

2

0

0

2

0

0

10-6

366-342

8

4.

Telekom

4

1

3

0

0

1

0

1

2

4-11

299-353

2

5.

Azərreyl

4

0

4

0

0

0

   1

1

2

3-12

320-356

 1