09:21 03-12-2014
news_image
706
TOP OYUNLARI

Yığmamızın oyunçusu baxdı, “Fənərbaxça” şou göstərdi

Qadın voleybolçular arasında Türkiyə Superliqasında VIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin toppaylayıcısı Anita Bredisin şərəfini qoruduğu “Yeşilyurt” “Fənərbaxça”nı qəbul edib.

 

Görüş Çempionlar Liqasında “Azəryol”un rəqibi olan qonaqların asan qələbəsi ilə başa çatıb. Hələ aktivində xal olmayan Bredisin komandası isə heç bir setdə xalını 15-ə belə çatdıra bilməyib – 0:3 (13:25, 14:25, 13:25). Təmsilçimiz matçı əvəzolunmadan keçirsə də, xal qazanmayıb.

 

Şou ilə əldə olunan qələbə “Fənərbaxça”nın 2-ci pillədəki yerini qorumağa kifayət edib. Aktivində 20 xalı olan rəqibimiz lider “Vakıfbank”dan 2 xal geri qalır. “Yeşilyurt” isə son pillədən xilas ola bilmir.