20:01 03-12-2014
news_image
1191
TOP OYUNLARI

"Rabitə" zirvədə, "Azəryol" qisasını aldı - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının II dövrəsinə start verilib. Apasport.az saytının məlumatına görə, VI turun oyunlarından sonra “Rabitə” vahid liderliyə yüksəlib.

 

Belə ki, “Azərreyl”i sınağa çəkən Azərbaycan çempionu ilk dövrədəki kimi “quru hesablı” qələbə qazanmaqda çətinlik çəkməyib. İlk hissəni 17 top öndə bitirən Dejan Brdjoviçin yetirmələri setlər üzrə ən böyük fərqlə mövsümün rekordunu da müəyyənləşdiriblər.

 

“Rabitə” üçün ikinci hissə də çətin alınmayıb. Lakin “Azərreyl” üçüncü setdə ciddi müqavimət göstərib. Buna baxmayaraq, Çempionlar Liqasındakı təmsilçimiz səviyyə fərqini ortaya qoyaraq, növbəti 3 xalını qazanıb.

 

Turun son matçında “Lokomotiv” “Azəryol”la üz-üzə gəlib. Günün mərkəzi görüşündə Aleksandr Çervyakovun komandası adından söz etdirməyi bacarıb. Onlar “dəmiryolçular”a qalib gəlməklə, həm ilk dövrədəki qisaslarını alıb, həm də mövsümün sürpriz klubunu ilk dəfə meydanı məğlub tərk etməyə məcbur ediblər.

 

Matça gəlincə, oyun da “Azəryol”un üstünlüyü ilə başlayıb. Lakin ilk hissəni öndə bitirən komanda ardınca səhvlərlə yadda qalıb. Bundan məharətlə istifadə edən “Lokomotiv” nəinki hesabı bərabərləşdirib, hətta setlərin fərqində önə də çıxıb – 2:1.

 

Dördüncü hissə də Teon Buijsin yetirmələrinin uğurlu çıxışı ilə start götürüb. Onlar 10:5 hesabı ilə önə çıxdıqdan sonra isə “Azəryol” toparlanaq, qarşılaşmada dönüş yaradıb. Çempionlar Liqasındakı təmsilçimiz öncə hesabı bərabərləşdirib (11:11) və ikinci texniki fasiləyə özü 5 top irəlidə çıxıb. Bu üstünlük isə sonadək davam edib. Buijs komandasına lazımı göstərişlər versə də, “Azəryol”un təcrübəli oyunçuları onların istəyinin həyata keçməsinə mane olub – 2:2.  

 

“Azəryol” tay-brekdə də təşəbbüsü rəqibə verməyib. Ardıcıl xallar qazanan “yolçəkənlər” 5-ci hissəni 8 top irəlidə bitirərək, meydanı qalib kimi tərk ediblər.

 

Beləliklə, layiqli qələbə qazanan “Rabitə” “Lokomotiv”i “taxt”dan salaraq, zirvəyə yüksəlib. Aktivinə 1 xal yazan “Lokomotiv” 2-ci pilləyə endiyi halda, 3-cü yerdə olan “Azəryol” onlarla xal fərqini 1-ə endirib.

 

3 dekabr

VI tur

“Lokomotiv” – “Azəryol” - 2:3 (23:25; 25:22; 25:13; 19:25; 7:15)

Voleybol Mərkəzi
İlk oyun: “Azəryol” – “Lokomotiv” - 2:3 (26:24, 22:25, 25:22, 26:28, 11:15)

 

“Azərreyl” – “Rabitə” - 0:3 (8:25; 18:25; 23:25)
Voleybol Mərkəzi
İlk oyun: “Rabitə” – “Azərreyl”  - 3:0 (25:20, 25:22, 25:22)

 

 

  Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Rabitə

5

4

1

3

0

1

1

0

0

14-5

447-376

12

2.

Lokomotiv

5

4

1

0

2

2

1

0

0

14-9

510-490

11

3.

Azəryol

5

3

2

2

0

1

2

0

0

13-8

466-441

10

4.

Telekom

4

1

3

0

0

1

0

1

2

4-11

299-353

2

5.

Azərreyl

5

0

5

0

0

0

   1

1

3

3-15

369-431

 1