11:23 03-12-2014
news_image
403
STOLÜSTÜ OYUNLAR

Şahmatçılarımız “atdan” Əl-Aynda düşəcəklər

Azərbaycan şahmatçılarının 2014-cü ildə qatılacağı son beynəlxalq yarış bəlli olub. Apasport.az saytının məlumatına görə, zəka sahiblərimiz at ilinə Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərində yekun vurulacaq.

 

Burada keçiriləcək beynəlxalq turnir dekabrın 19-da start götürüb, 9 gün sonra başa çatacaq. Yığmamız yarışa 24 şahmatçı ilə qatılacaq.

 

Beynəlxalq dərəcəli referimiz İlqar Bacaraninin baş hakim olacağı turnirdə ev sahibləri ilə yanaşı, Hindistan, Ermənistan, Rusiya, Qazaxıstan, Liviya, Ukrayna, İran, Avstriya, Rumıniya, Suriya, Gürcüstan, Bolqarıstan, Belarus, Fransa, Belçika, İordaniya, Misir və Macarıstan milliləri də mübarizə aparacaqlar.