Taekvondo üzrə Meksikada keçirilən Dünya Qran-prisinin final mərhələsi Azərbaycan millisi üçün medalsız başa çatıb. Apasport.az saytının məlumatına görə, G 8 kateqoriyalı yarışa yalnız Fəridə Əzizova ilə yollanan ölkəmiz mükafatçılar sırasına düşə bilməyib.
London-2012-nin iştirakçısı ilk döyüşündəcə Çia-Çia Çuanqa (Çin Taypeyi) uduzub.
Qeyd edək ki, yarış Olimpiya çəkiləri üzrə təşkil olunub və hər çəkidə 8 ən güclü final mərhələsinə qatılıb.