13:12 04-12-2014
news_image
658
TOP OYUNLARI

“Lokomotiv”də qaldı, təəssüfləndi - FOTO

“Lokomotiv”in voleybolçu Evageliya Çantava Yunanıstanda 2013/2014 mövsümünün ən yaxşısı seçilib. Apasport.az saytının məlumatına görə, Bakı klubuna gələnədək vətənində “Vrillisiya”nın şərəfini qoruyan 24 yaşlı hücumçu bütün rəqiblərini qabaqlayıb.

 

Lakin Çantava mükafatlandırma mərasiminə qatıla bilməyib. Bakıda olduğundan onun üçün hazırlanan xüsusi diplom yaxınlarına təqdim edilib.

 

Yunanıstan millisinin də şərəfini qoruyan Evageliya bundan yalnız məyus olduğunu deyib: “Təəssüf ki, mükafatımı özüm ala bilmədim. Komandamız sıx qrafiklə mübarizə aparır və buna görə də düşərgədən ayrıla bilmirəm. Bu mükafata layiq görüldüyüm üçün çox şadam. Ötən mövsüm bütün oyunlarda var qüvvəmlə mübarizə aparmışdım. Uğurlu mövsüm keçirməyimdə komanda yoldaşlarım və məşqçimə borcluyam”.

 

“Lokomotiv”də əsas heyətə düşməkdə çətinlik çəkən voleybolçu Azərbaycanda da bu uğuru davam etdirmək arzusunda olduğunu bildirib. Onun sözlərinə görə, qarşısına ciddi hədəflər qoyduğundan Bakı klubu ilə də bunu həyata keçirməyi hədəfləyib.

 

Qeyd edək ki, “Vrillisiya” ötən mövsümü 3-cü yerdə bitirib.