15:27 04-12-2014
news_image
344
TOP OYUNLARI

“Sumqayıt”ın müdafiəçisi “Simurq”a qarşı oynaya biləcəkmi? - FOTO

Ölkə Kubokunun 1/8 finalında “Bakı”ya uduzaraq, mübarizəni dayandıran “Sumqayıt”ın aparıcı üzvü Bəxtiyar Həsənalızadə zədələnib. Gənc müdafiəçi bu səbəbdən matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Vurğun Hüseynovla əvəzlənib. Apasport.az saytının məlumatına görə, Həsənalızadənin zədəsi ciddi deyil. Halbuki ilkin olaraq, Bəxtiyarın ayağının əzildiyi güman edilib. Bu gün sözügedən futbolçu tibbi müayinədən keçəcək və məhz bundan sonra onun zədəsinin ciddi olub-olmadığı üzə çıxacaq. İstənilən halda, Həsənalızadənin “Simurq”la çempionat görüşündə iştirak etmək ehtimalı çoxdu.

 

Bu arada, “Sumqayıt”ın qış toplanışını hansı ölkədə keçirəcəyi hələ müəyyənləşməyib. Klubun mətbuat xidmətindən verilən məlumata görə, buna 2 həftə ərzində aydınlıq gələcək.