09:53 05-12-2014
news_image

İlk gündə fiasko

Bu gün Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günü Azərbaycan millisi üçün uğursuz alınıb. Tatamiyə çıxan hər 3 cüdoçumuz məğlubiyyətə üzülüb.

 

Belə ki, 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İlqar Müşkiyev Janeyro Çan Linga (Madaqaskar) qalib gəlsə də, ardınca ev sahiblərinin idmançısı Yuma Oşimaya uduzub. Onunla eyni çəkidə yarışan Orxan Səfərov da mükafatçılar sırasına düşə bilməyib. Bakıda keçirilən “Böyük Dəbilqə”nin qalibi ilk qarşılaşmasındaca braziliyalı Erik Takabatakeyə məğlub olub.

 

Kifayət Qasımova (57 kq) da yarışı bir döyüşlə bitirib. Həmyerlimiz Miryam Roperə (Almaniya) vaxtından əvvəl uduzaraq, “Böyük Dəbilqə” ilə vidalaşıb.

 

Qeyd edək ki, yarışın növbəti 2 günündə daha 7 cüdoçumuz mübarizəyə qatılacaq.