10:47 05-12-2014
news_image
540
TOP OYUNLARI

Azərbaycan çempionunun oyunu əvvəlki tarixinə qaytarıldı

Qadın voleybolçulardan ibarət Azərbaycan Super Liqasının IX turunda dəyişikliklə bağlı qərar ləğv olunub. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Rabitə” “Lokomotiv”i  dekabrın 19-da qəbul edəcək.

 

Belə ki, bu qarşılaşmanın 1 gün sonra keçirilməsi barədə qərar verilsə də, sonradan əvvəlki tarix qüvvədə saxlanılıb. “Gənclik” Olimpiya İdman Kompleksində baş tutacaq matç saat 16:00-da başlayacaq.