15:10 05-12-2014
news_image
992
TOP OYUNLARI

Liderin asan, “balaca bacı”nın çətin sınağı

Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında VII turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, hər 2 matç eyni gündə, lakin fərqli məkanda təşkil olunacaq.

 

Belə ki, tura son illərin dəyişməz ölkə çempionu “Rabitə” start verəcək. Dejan Brdjoviçin yetirmələri “Gənclik” Olimpiya Kompleksində “Telekom”u sınağa çəkəcək. Qarşılaşmanın taleyinin 3 hissədə həll olunacağı gözləniləndi. Çünki son oyunlarda inamlı təsir bağışlayan “Rabitə”nin ötən tur yüksəldiyi zirvəni əldən verəcəyi proqnozlaşdırılmır. Onların ilk dövrədəki kimi 3 xalı çətinlik çəkmədən aktivlərinə yazacağı istisna deyil.

 

Günə “Lokomotiv” – “Azərreyl” matçı ilə yekun vurulacaq. Qarşılaşmanın gərgin keçəcəyi sözsüzdü. Çünki ötən tur “dəmiryolçular”ın əsas komandası – “Azəryol”a uduzan Teon Buijsin yetirmələri qisaslarını məhz “balaca bacı”dan almağa çalışacaqlar. Görüş həmçinin, çexiyalı ulduz Aneta Havlikova da “Lokomotiv”də mövsümün ilk qarşılaşmasına çıxması ilə də əlamətdar olacaq.

 

Lakin “Azərreyl”in rəqibdən xal alması da istisna deyil. İndiyədək qələbə qazana bilməyən komanda bununla “Azəryol”a da kömək etmiş olacaq. İlk dövrədə “Lokomotiv”dən 1 set alan Vüqar Əliyev yetirmələri qalib gəlməklə, sonuncu pillədən də yaxa qurtara bilər.

 

 

6 dekabr

VII tur

16:00. “Rabitə” – “Telekom”

“Gənclik” Olimpiya Kompleksi

İlk oyun: “Telekom” - “Rabitə” - 0:3 (15:25, 24:26, 15:25)

 

18:00. “Lokomotiv” – “Azərreyl”

Voleybol Mərkəzi

İlk oyun: “Azərreyl” – “Lokomotiv” - 1:3 (22:25; 21:25; 25:22; 22:25)

 

 

  Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Rabitə

5

4

1

3

0

1

1

0

0

14-5

447-376

12

2.

Lokomotiv

5

4

1

0

2

2

1

0

0

14-9

510-490

11

3.

Azəryol

5

3

2

2

0

1

2

0

0

13-8

466-441

10

4.

Telekom

4

1

3

0

0

1

0

1

2

4-11

299-353

2

5.

Azərreyl

5

0

5

0

0

0

1

1

3

3-15

369-431

1