20:20 06-12-2014
news_image
981
TOP OYUNLARI

“Rabitə” liderliyini qorudu, “Lokomotiv”dən asan qələbə

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, VII turun açılış matçında son illərin dəyişməz ölkə çempionu "Rabitə" “Telekom”la üz-üzə gəlib.

 

Dejan Brdjoviçin yetirmələrinin asan qələbə qazanacağı gözlənilən idi. Çünki son oyunlarda inamlı təsir bağışlayan “Rabitə”nin ötən tur yüksəldiyi zirvəni əldən verəcəyi proqnozlaşdırılmırdı. Düzdü, “Telekom” güclü rəqibinə hər üç setdə müqavimət göstərib. Xüsusən də, 3-cü setdə hətta önə də keçib. Lakin “Rabitə” çətinliklə üzləşməsinə baxmayaraq, təcrübə hesabına 3:0 hesablı qələbə qazanaraq, liderliyini davam etdirib.

 

Tura “Lokomotiv” – “Azərreyl” matçı ilə yekun vurulub. Nominal ev sahibləri görüşdən qalib ayrılmağı bacarıb. İlk dövrədə “Azərreyl”i 3:1 hesabı məğlub edən “Lokomotiv” bu dəfə rəqibinə şans verməyib – 3:0.

 

 

6 dekabr

VII tur

“Lokomotiv” – “Azərreyl” - 3:0 (25:19, 25:16, 25:16)

Voleybol Mərkəzi

İlk oyun: “Azərreyl” – “Lokomotiv” - 1:3 (22:25; 21:25; 25:22; 22:25)

 

 

“Rabitə” – “Telekom” - 3:0 (25:20, 25:22, 25:20)

“Gənclik” Olimpiya Kompleksi

İlk oyun: “Telekom” - “Rabitə” - 0:3 (15:25, 24:26, 15:25)

 

  Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Rabitə

6

5

1

4

0

1

1

0

0

17-5

522-438

15

2.

Lokomotiv

6

5

1

1

2

2

1

0

0

17-9

585-541

14

3.

Azəryol

5

3

2

2

0

1

2

0

0

13-8

466-441

10

4.

Telekom

5

1

4

0

0

1

0

1

3

4-14

361-428

2

5.

Azərreyl

6

0

6

0

0

0

1

1

4

3-18

420-506

1