00:06 06-12-2014
news_image
409
TOP OYUNLARI

“Azəryol”un rəqibi çətinlik çəkmədi

Qadın voleybolçular arasında Türkiyə çempionatında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, “Azəryol”un Çempionlar Liqasındakı rəqibi “Fənərbaxça” da meydana çıxıb.

 

İstanbul nəhəngi səfərdə “Nilüfər Bələdiyəspor”la üz-üzə gəlib. “Sarı-lacivərdlilər” qələbə qazanmaqda çətinlik çəkməyiblər – 1:3 (23:25, 22:25, 30:28, 13:25).

 

Qeyd edək ki, “Azəryol” Çempionlar Liqasının qrup mərhələsinin II turunda İstanbulda “Fənərbaxça” ilə qarşılaşıb. Görüşdə təmsilçimiz 3:1 hesabı ilə uduzub.