17:34 06-12-2014
news_image
749
TOP OYUNLARI

Millimizin oyunçusu əməliyyat olundu - FOTO

“Azəryol”da ciddi itki üz verib. Apasport.az saytının məlumatına görə, Bakı klubunun oyunçusu Anastasiya Qurbanova müvəqqəti olaraq komandadan ayrı düşüb.


Buna səbəb Azərbaycan millisinin də şərəfini qoruyan 24 yaşlı hücumçunun əməliyyat olunmasıdır. Belə ki, Qurbanova bu gün İstanbulda əlindən əməliyyat olunub və bu, uğurla başa çatıb. Onun komandaya qoşulacağı və məşqlərə başlayacağı tarixi həkimlər bu günlərdə açıqlayacaq. Çünki Anastasiyanın digər əllərində də ağrılar var.

 

Qeyd edək ki, Anastasiya Qurbanova yığmamızın ən perspektivli oyunçularından hesab olunur.