10:56 08-12-2014
news_image

Cudoçularımız Yaponiyada medala həsrət qaldılar

Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə “Böyük Dəbilqə” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın son 2 günü də Azərbaycan millisi üçün uğursuz olub.

 

Belə ki, İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi 60 kq) və Kifayət Qasımovanın (57 kq) ardınca Rüstəm Orucov, Hüseyn Rəhimli (hər ikisi 73 kq), Abdulhaqq Rəsullu (81 kq), Məhəmmədəli Mehdiyev, Firudin Dadaşov (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq) və Uşanqi Kokauri (+100 kq) də mükafatçılar sırasına düşə bilməyiblər. Komandamızın heyətində ümumilikdə ən yaxşı nəticəni Orucov göstərib. O, yarışı 7-ci yerdə bitirib.