14:41 08-12-2014
news_image
433
TOP OYUNLARI

Aleksandr Çervyakov: Oyunumuzu yaxşılaşdırmalı olduğumuzu bilirik

“Komandada hər birimiz oyunumuzu yaxşılaşdırmalı olduğumuzu bilirik. Əvvəlki kimi, mövsümlə bağlı böyük iddialarımız var və sonadək davam edəcək”. Apasport.az saytının məlumatına görə, bunu “Azəryol”un baş məşqçisi Aleksandr Çervyakov deyib.

 

Azərbaycan millisində də işləyən mütəxəssis Çempionlar Liqası çərçivəsində Rumıniya “Ştiinta” ilə oyun öncəsi fikirlərini açıqlayıb. O, ilk 2 turda 2 xal qazanıb, 4 xal itirmələrinə baxmayaraq, nikbin fikirdədi. Çervyakovun sözlərinə görə, dekabrın 10-da Rumıniya çempionu ilə qarşılaşmada məqsədləri xal itirməmək və turnir cədvəlində daha üst pillələrə yüksəlməkdir: “Əminəm ki, hədəflərimizə çata biləcəyik”.

 

Qeyd edək ki, “Azəryol” – “Şiitinta” matçı saat 18:00-da Voleybol Mərkəzində start götürəcək.