14:46 08-12-2014
news_image
514
TOP OYUNLARI

“Bizi çətin döyüş gözləyir”

“Azəryol”un kapitanı Oksana Kurt Çempionlar Liqası çərçivəsində Rumıniya “Ştiinta”sı ilə oyun öncəsi fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, toppaylayıcı dekabrın 10-da baş tutacaq qarşılaşmanın gərgin keçəcəyini deyib.

 

Kurtun sözlərinə görə, Super Liqanın gümüş medalçısı Rumıniya çempionu ilə qarşılaşmada inamlı oyunla layiqli qələbə hədəfləyib: “Startda 2 çox gərgin qarşılaşma keçirdik. “Nant” və “Fənərbaxça” ilə görüşlərimiz heç də asan alınmadı. Əminəm ki, çərşənbə günü bizi daha bir çətin döyüş gözləyir. Bu matçdan uğurla ayrılmağı hədəfləmişik”.