16:24 08-12-2014
news_image
666
TOP OYUNLARI

Avrokubok matçı üçün Bakıya bolqarıstanlı hakim gəlir - FOTO

Qadın voleybolçular arasında Çempionlar Liqasında III turun oyunlarının hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası dekabrın 10-da “Azəryol” (Azərbaycan) – “Ştiinta” (Rumıniya) görüşünü bolqarıstanlı Borislav Pobornokova həvalə edib.

 

Bakıda, Voleybol Mərkəzində baş tutacaq qarşılaşmada ikinci hakim funksiyasını estoniyalı Tiit Koyv yerinə yetirəcək.

 

Həmin gün Çexiyada “Agel”in qonağı olacaq “Rabitə”ni isə meydana Mariya Fişer (Almaniya) və Giorgio Qnani (İtaliya) çıxaracaqlar.