10:55 09-12-2014
news_image
658
TOP OYUNLARI

Stoyanov Bakıya gəlir

Qadın voleybolçular arasında “Çelenc Cup”ın 1/16 final mərhələsinin ilk matçlarını idarə edəcək hakimlər dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası dekabrın 11-də təşkil olunacaq “Azərreyl” (Azərbaycan) – “Könits” (İsveçrə) qarşılaşmasını bolqarıstanlı Kiril Stoyanova həvalə edib.

 

Bakıda, Voleybol Mərkəzində baş tutacaq görüşdə ikinci hakim funksiyasını ukraynalı Vladimir Payevski yerinə yetirəcək.

 

Qeyd edək ki, oyun saat 18:00-da başlayacaq.