15:21 09-12-2014
news_image
612
TOP OYUNLARI

Çempionlar Liqası: Azərbaycan klubları fərqli məkanlarda

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının III turuna start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan klubları ilk dövrənin son oyunlarına sabah çıxacaqlar.

 

Super Liqanın çempionu “Rabitə” səfərdə, gümüş medalçısı “Azəryol” Bakıda münasibətinə aydınlıq gətirəcək. Hər 2 paytaxt təmsilçisi üçün qələbə vacibdi.

 

Belə ki, dekabrın 10-da meydana “Azəryol” daha tez çıxacaq. Aleksandr Çervyakovun yetirmələri Rumıniya çempionu “Ştiinta”nı qəbul edəcəklər. Görüşün gərgin keçəcəyi gözləniləndi. Çünki ilk 2 turda 4 xal itirən “yolçəkənlər” məhz bu rəqiblə matçda bunu sığortalamağa çalışacaqlar.

 

Rəqib isə Bakıda ilk setini və ya xalını qazanmağa çalışacaq. Bunadək hər 2 qarşılaşmada 0:3 hesabı ilə uduzan “Ştiinta” “orucu”nu “Azəryol”la matçda pozmaq iddiasındadı.

 

“Rabitə” də qrup autsayderi ilə üz-üzə gələcək. Dejan Brdjoviçin komandası Çempionlar Liqasında böyük təcrübəyə malik Çexiya “Agel”inin qonağı olacaq. Matçın Bakı təmsilçisi üçün asan alınacağı istisna deyil. Daima “Rabitə” ilə görüşlərdə məğlub olan Prostejov təmsilçisinin bu dəfə “ənənə”sini pozacağı gözlənilmir.

 

Çünki son matçlarda Azərbaycan çempionunun uğurlu çıxışı səfərdən 3 xalla qayıdacağına inam ifadə edir. Onlar bununla turnir cədvəlində mövqelərini də yaxşılaşdırmaq imkanına malikdi.

 

Rəqibin ilk 2 turda “quru hesabla” uduzması da komandamızın xeyrinədi.

 

 

Çempionlar Liqası

III tur

A qrupu

10 dekabr

20:30. Agel (Çexiya) – “Rabitə” (Azərbaycan)

Hakimlər: Borislav Pobornokov (Bolqarıstan), Tiit Koyv (Estoniya)

Prostejov, İdman Mərkəzi

 

20:00. “Dinamo” (Kazan, Rusiya) – “Ximik” (Polşa)

 

  Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Ximik

2

2

0

2

0

0

0

0

0

6-0

150-123

6

2.

Dinamo Kazan

2

 1

1

1

0

0

1

0

0

5-3

182-173

4

3.

Rabitə

2

1

1

0

0

1

0

0

1

3-5

172-181

2

4.

Agel

2

0

2

0

0

0

0

0

2

0-6

124-151

0

 

 

 

B qrupu

9 dekabr

23:00. “Nant” (Fransa) – “Fənərbaxça” (Türkiyə)

 

10 dekabr

18:00. “Azəryol” (Azərbaycan) – “Şiitinta” (Rumıniya)

Hakimlər: Mariya Fişer (Almaniya), Giorgio Qnani (İtaliya)

Bakı, Voleybol Mərkəzi

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Fənərbaxça

2

2

0

1

1

0

0

0

0

6-1

169-132

6

2.

Nant

2

1

1

1

0

0

1

0

0

5-3

178-159

4

3.

Azəryol

2

1

1

0

0

1

0

1

0

4-5

188-195

2

4.

Ştiinta

2

0

2

0

0

0

0

0

2

0-6

103-152

0