19:15 10-12-2014
news_image
1039
TOP OYUNLARI

“Azəryol” Rumıniya çempionunun daşını-daş üstə qoymadı - YENİLƏNİB

Qadın voleybolçular arasında Çempionlar Liqasının növbəti turunun görüşləri davam edir. Apasport.az saytının məlumatına görə, III turun 2-ci oyun günündə Azərbaycan Super Liqasının gümüş medalçısı “Azəryol” Rumıniya çempionu “Ştiinta” ilə üz-üzə gəlib.

 

Voleybol Mərkəzində baş tutan görüşdə Aleksandr Çervyakovun yetirmələri rəqiblərinə heç bir şans verməyiblər. Bakı təmsilçisi qonaqların ölkəmizdə set və ya xal qazanmaq istəyinin üstündən xətt çəkərək, mövsümdə ilk “quru hesablı” qələbəsinə sevinib.

 

Düzdür, qarşılaşma komandamız üçün heç də yaxşı başlamayıb. İlk dəqiqələrdən “Ştiinta” hücuma atılaraq, müəyyən üstünlüyə yiyələnib. Lakin daha təcrübəli və səviyyəli oyunçulardan qurulan “Azəryol” yekunda rumınların qələbə qazanmasına imkan verməyib. Əvvəlcə hesabı bərabərləşdirən (23:23) voleybolçularımız ardınca daha səhvsiz oynayaraq, ilk seti aktivlərinə yazıblar.

 

İkinci hissə isə “yolçəkənlər” üçün çox asan alınıb. İlk texniki fasilədə 7, ikinci texniki fasilədə 11 top irəlidə olan komanda azarkeşləri üçün şou göstərib. Bunun nəticəsi olaraq, “Azəryol” seti nə az, nə çox – 15 top irəlidə bitirib.

 

Üçüncü hissənin də Aleksandr Çervyakovun yetirmələri üçün asan keçəcəyi gözlənilsə də, rəqib ciddi müqavimət göstərib. Lakin setin əvvəlində 6:0 hesabı ilə öndə olan “Ştiinta”nın sonda yenə zəif olduğu üzə çıxıb. “Azəryol” rumınları bu dəfə 25:23 hesabı ilə məğlub edərək, matçın hesabını müəyyənləşdirib – 3:0.

 

Bununla da aktivindəki xalların sayını 5-ə çatdıran paytaxt klubu ikinci pilləyə yüksəlib.

 

Çempionlar Liqası

III tur

B qrupu

10 dekabr

“Azəryol” (Azərbaycan) – “Şiitinta” (Rumıniya) - 3:0 (27:25; 25:10; 25:23)

Hakimlər: Mariya Fişer (Almaniya), Giorgio Qnani (İtaliya)

Bakı, Voleybol Mərkəzi

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Fənərbaxça

3

3

0

2

1

0

0

0

0

9-1

244-181

9

2.

Azəryol

3

2

1

1

0

1

0

1

0

7-5

265-253

5

3.

Nant

3

1

2

1

0

0

1

0

1

5-6

227-234

4

4.

Ştiinta

3

0

3

0

0

0

0

0

3

0-9

161-227

0