22:45 10-12-2014
news_image
1349
TOP OYUNLARI

“Rabitə” tay-brekdə uduzdu - YENİLƏNİB

Qadın voleybolçular arasında Çempionlar Liqasının III turunun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, bu gün təmsilçimiz  “Rabitə” də növbəti sınağına çıxıb.

 

Dejan Brdjoviçin komandası Çexiya çempionu “Agel”in qonağı olub. Gərgin keçən matç Bakı klubu üçün uğurlu alınmayıb. Çexiyalılar 3:2 hesabı ilə qalib gələrək, mövsümdə ilk qələbələrini qazanıblar.

 

Belə ki, hesabda 2 dəfə geri düşən “Rabitə” tarazlığı bərpa edib. Lakin komandamız bunun ardını gətirə bilməyib və tay-brekdə rəqib güclü olub. Məğlubiyyətə baxmayaraq, aktivinə 1 xal əlavə edən Azərbaycan çempionu 3-cü pillədəki yerini qoruyub.

 

 

Çempionlar Liqası

III tur

10 dekabr

A qrupu

Agel (Çexiya) – “Rabitə” (Azərbaycan) 3:2 (25:19; 23:25; 27:25; 17:25; 15:13)

Hakimlər: Borislav Pobornokov (Bolqarıstan), Tiit Koyv (Estoniya)

Prostejov, İdman Mərkəzi

 

 Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Ximik

2

2

0

2

0

0

0

0

0

6-0

150-123

6

2.

Dinamo Kazan

2

 1

1

1

0

0

1

0

0

5-3

182-173

4

3.

Rabitə

3

1

2

0

0

1

1

0

1

5-8

279-288

3

4.

Agel

3

1

2

0

0

1

0

0

2

3-8

231-258

2