11:53 10-12-2014
news_image
2193
TOP OYUNLARI

Azərbaycanda oynayan voleybolçu soyunub, poza verdi

İlin sonu yaxınlaşdıqca voleybol klublarının diqqəti meydandan kamera önünə yönəlir. Apasport.az saytının məlumatına görə, oyunçuları soyundurub, yeni il üçün təqvim hazırlayan komanda rəhbərliyi bununla büdcələrini zənginləşdirir.

 

2015-ci il üçün də artıq bu kompaniyaya start verilib. Bu dəfə Almaniyanın “VolleyStars Türingen” klubu irəli düşüb. Heyətində “Lokomotiv”in sabiq blokçusu Korina Suşke olan komanda qeyri-adi fotosessiyası ilə diqqətləri özündə cəmləyib.

 

Belə ki, “VolleyStars Türingen”in üzvləri paltarsız kamera önünə keçiblər. Onlar poza verən zaman paltarlarını yalnız boyalar əvəzləyib. Komandanın məşqçisi Sebestian Leopold bildirib ki, bu, komandası üçün heç də asan alınmayıb. Buna baxmayaraq, yekundan hamı razı qalıb: “Qızlar saat 9:00-dan bu işə start verdilər. Vücudlarının boyanması saatlarla davam etdi. İlk fotolar 6 saat sonra çəkilməyə başladı”.

 

Artıq satışda olan təqvimdə hər voleybolçu öz şəklinin üzərinə imzasını da atıb. Oyunçular 8-10 avroya satılan təqvimin komandanın büdcəsinə böyük xeyri dəyəcəyinə inam da ifadə ediblər. Onlar bunu təqvimə böyük ehtiyac olduğu ilə əlaqələndiriblər.

 

Qeyd edək ki, voleybol dünyasında bunu Fransanın “Kann” klubu dəbə salıb və hər ilin sonunda məhz bu komandanın təqvimini bütün azarkeşlər səbirsizliklə gözləyir.