09:38 11-12-2014
news_image
313
TOP OYUNLARI

“Rabitə”də fərqlənənlər

Qadın voleybolçular arasında Çempionlar Liqasının III turu çərçivəsində keçirilən “Agel” (Çexiya) – “Rabitə” (Azərbaycan) görüşünün statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı klubunun 2:3 hesabı ilə uduzduğu qarşılaşmanın ən məhsuldar oyunçusu Liannes Kastaneda olub.

 

Rəqib hücumçu “Rabitə”dən 26 xal almağı bacarıb. Azərbaycan çempionun heyətində isə Katarjina Skovronska fərqlənib. Komandamızın polşalı legioneri 19 dəqiq zərbə ilə yadda qalıb.

 

Dejan Brdjoviçin digər yerimələrindən Foluke Akinradevo 18, Dora Horvat 17, Yoana Palasio Mendoza 16, Tori Dikson 15, Salas Vilma Rosell 3, Aurea Kruzla Nutsara Tomkom hərəyə 1 xal toplayıb.