22:15 11-12-2014
news_image
1087
TOP OYUNLARI

“Lokomotiv” quru hesabla qələbə qazandı - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında CEV kubokunun 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son oyun günündə Bakının “Lokomotiv” klubu da meydana çıxıb.

 

“Dəmiryoçular” Serbiyada “Srvena Zvezda”nın qonağı olub. Görüşün komandamız üçün çətin keçəcəyi proqnozlaşdırılsa da, bunun əksi olub. Super Liqada liderlər sırasında yer alan və analoji yarışın 1/16 final mərhələsində layiqli qələbələr qazanan Teon Buijsin yetirmələri meydan sahiblərinə divan tutub.

 

Belə ki, ilk setə yaxşı başlayan “Lokomotiv” ikinci hissədə rəqibin müqaviməti ilə üzləşib. Lakin buna baxmayaraq, “dəmiryoçular” bu seti də xeyrinə tamamlamağı bacarıb – 21:25.

 

Üçüncü hissə isə komandamızın aşak üstünlüyü şəraitində keçib. Bu dəfə “Lokomotiv” meydan sahiblərini 25:12 hesabı ilə məğlub edərək, ilk görüşdən üzü ağ çıxıb.

 

 

11 dekabr

CEV kuboku

1/8 final, ilk oyun

“Srvena Zvezda” (Serbiya) – “Lokomotiv” (Azərbaycan) – 0:3 (16:25; 21:25; 12:25) 

Hakimlər: Dəniz Dəmir (Türkiyə), İlya Penkov (Bolqarıstan)

Belqrad, “Sumice” Sarayı

 

Qeyd edək ki, komandalar cavab görüşünə dekabrın 17-də Bakıda çıxacaqlar.