11:52 11-12-2014
news_image
434
TOP OYUNLARI

“Həddən artıq səhv edirsənsə...” - FOTO

“Rəqibimiz bizimlə matçda böyük oyun göstərdi. Biz gözlədiyimiz kimi çıxış edə bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin baş məşqçisi Dejan Brdjoviç deyib.

 

Serbiyalı mütəxəssis Çempionlar Liqasının III turu çərçivəsində Çexiya “Agel”inə 2:3 hesablı məğlubiyyətin səbəblərini açıqlayıb: “Qarşılaşma ərzində yersiz səhvlər etdik. Bunun da nəticəsi ağır oldu. Həddən artıq səhv edirsənsə, bu da sonda baha başa gəlir. Fikrimi yekunlaşdırıb deyə bilərəm ki, biz yaxşı oynamadıq, “Agel” isə qələbəyə layıq idi”.