19:22 11-12-2014
news_image
1111
TOP OYUNLARI

"Azərreyl"dən darmadağın - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında “Çelenc Cup”ın 1/16 final mərhələsinin ilk qarşılaşmaları keçirilib. Apasport.az saytının məlumatına görə, II təsnifat mərhələsində “İnsbruk” klubunu mübarizədən kənarlaşdıran “Azərreyl” bu dəfə İsveçrə “Könits”ini sınağa çəkib.

 

Vüqar Əliyevin yetirmələri Super Liqanın autsayderi olsalar da, qonaqlara heç bir şans verməyiblər. Onların Bakıda İsveçrə çempionatının ikincisinə əsl voleybol “dərsi” keçiblər.

 

Belə ki, ilk setdə ciddi müqavimətlə üzləşməyən “dəmiryolçular” ikinci hissənin startında bir qədər zəif oynayıblar. Bundan istifadə edən qonaqlar texniki fasiləyə öndə çıxsalar da, daha səviyyəli oyunçulardan təşkil olunan “Azərreyl” Könits”in hesabı bərabələşdirməsinə imkan verməyib.

 

Üçüncü set isə komandamızın tam üstünlüyü şəraitində keçib. “Azərreyl” bu dəfə 25:21 hesablı qələbəyə sevinərək, ilk görüşü darmadağınla bitirib.  

 

11 dekabr

“Çelenc Cup”

1/16 final mərhələsi, ilk oyun

“Azərreyl” (Azərbaycan) – “Könits” (İsveçrə) - 3:0 (25:18; 25:21; 25:21)

Hakimlər: Kiril Stoyanov (Bolqarıstan), Vladimir Payevski (Ukrayna)

Bakı, Voleybol Mərkəzi

 

Qeyd edək ki, “Konits” – “Azərreyl” matçı dekabrın 17-də keçiriləcək.