13:13 11-12-2014
news_image
430
TOP OYUNLARI

Çexiya çempionu: “Rabitə”yə qalib gələcəyimizi gözləmirdik

“İlk 2 turda 0:3 hesablı məğlubiyyətdən sonra azarkeşlərimizə yaxşı oyun göstərmək istəyirdik. Qrupumuzda yer alan çox güclü komandalara qarşı layiqli mübarizə aparmaq bacarığımızı nümayiş etdirməyi hədəfləmişdik. Bunu da nəhayət ki, “Rabitə” ilə qarşılaşmada sübut etdik”. Apasport.az saytının məlumatına görə, bunu Çexiyanın “Agel” voleybol klubunun baş məşqçisi Miroslav Çad deyib.

 

Təcrübəli mütəxəssis Çempionlar Liqasının III turu çərçivəsində “Rabitə” ilə oyunu şərh edib. Çexiya çempionu bildirib ki, Bakı klubuna 3:2 hesabı ilə qalib gələcəklərini gözləmirlərmiş: “Əlbəttə, qələbəni heç gözləmirdik. Amma biz bunu bacardıq. Azərbaycan çempionuna qarşı fantastik oynayıb, möhtəşəm bloklarla hücumlarının qarşısını aldıq. Bu gün mən bütün komandamı, onun qızlarını tərifləməliyəm. Çünki onlar böyük iş görüblər”.