19:20 11-12-2014
news_image
2284
DİGƏR NÖVLƏR

Sənan Şəfizadə diktorla razılaşmadı: Fikirlərində yanlışlıq var

“Ramiz müəllimə böyük hörmətim var. Uzun illərdi mərkəzi arenada diktorluq edir. Amma fikirlərində bir qədər yanlışlıq olub”. Bunu apasport.az saytına açıqlamasında ATV kanalının aparıcısı Sənan Şəfizadə deyib.

 

12 ildi bu kanalda aparıcılıq edən həmkarımız tanınmış diktor Ramiz Qafarovun haqqında dediyi sözlərə münasibət bildirib. Şəfizadənin sözlərinə görə, o, “Qarabağ” fan-klubunun üzvü deyil: “Müqavilə əsasında Azərbaycan çempionuna avrokuboklarda kömək edirəm. Yəni, bir neçə il öncə “Neftçi” və digər komandalarımızın beynəlxalq oyunlarında aparıcı olmuşam. Bu sırf avrokubokla bağlı deyil, qaydasız döyüş, cüdo, boks, K1, həmçinin, futbol millimizin ev oyunlarında da bu missiyanı üzərimə götürürəm. Azarkeşlərlə işləməkdən zövq alıram. Fanatlar hər yarışın bəzəyidi”.

 

Şəfizadə Qafarovun onu davamçısı adlandırmasını müsbət qarşılasa da, ATV kanalının yetirməsi olduğunu deyib: “Məni öz tələbəsi adlandırmağına gəlincə, Ramiz müəllimdən belə sözlər eşitmək sevindiricidi. Amma mən artıq 12 ildi ATV kanalında idman xəbərlərinin aparıcısıyam. Bu müddətdə qazandığım uğurlar və təcrübəyə görə ATV kanalına borcluyam”.

 

Həmkarımız aparıcılıq etdiyi idman yarışlarında onun səsinə səs verən fanatların hər birinə təşəkkürünü də çatdırıb. O bildirib ki, bu axşam Avropa Liqasının VI turu çərçivəsində baş tutacaq “Qarabağ” – “İnter” qarşılaşmasında Ağdam təmsilçisinin mərhələ adlayacağına da inamı yüksəkdi: “Azərbaycan çempionunun həlledici matçda uğuruna inanıram və burada komandamızı dəstəkləyəcək hər fanata minnətdaram”.