09:38 12-12-2014
news_image
747
TOP OYUNLARI

Krasnodar klubu Bakıya gələ bilər

Qadın voleybolçular arasında CEV kubokunun 1/8 finalında “Lokomotiv”lə qarşılaşa biləcək komandalar ilk görüşlərini keçiriblər. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin potensial rəqiblərindən “Dinamo” (Rusiya, Krasnodar) “Hameenlinna”nı (Finlandiya) qəbul edib.

 

Rusiya çempionatının lideri 1/16 finalın ilk oyununda rəqibinə heç bir şans verməyib – 3:0 (25:14; 25:22; 25:14). Komandalar arasında cavab matçı dekabrın 17-də Finlandiyada olacaq.

 

Qeyd edək ki, ilk matçda “Srvena Zvezda”ya qalib gələn “Lokomotiv” Bakıdakı görüşdə qalib gələrsə və “Dinamo” da eyni uğuru təkrarlayarsa, bu klublar bir-birinə rəqib olacaq.