10:16 12-12-2014
news_image
519
TOP OYUNLARI

Natalya Məmmədova məğlubiyyətə üzüldü

Qadın voleybolçular arasında Çempionlar Liqasında III turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, ilk dövrənin sonuncu turunda Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Volero” (İsveçrə) “Əczaçıbaşı”nı (Türkiyə) qəbul edib.

 

Görüş Sürix təmsilçisi üçün uğurlu olmayıb. Türklər 3:1 (20:25; 25:23; 25:16; 27:25) hesabı ilə qalib gələrək, liderliyini möhkəmlədib. Məmmədova qarşılaşmada 7 xal toplayıb.

 

Qeyd edək ki, aktivində 5 xalı olan ikinci pillədə qərarlaşıb və “Əczaçıbaşı”ndan 4 xal geri qalır.