17:15 12-12-2014
news_image
669
TOP OYUNLARI

Bakı klubunun oyunçusu Avropanın ən güclü “yeddiliyi”ndə!

Avropa Voleybol Konfederasiyası (CEV) qadın klublar arasında Çempionlar Liqasının III turunun simvolik komandasını açıqlayıb. Apasport.az saytının məlumatına görə, CEV-in müəyyənləşdirdiyi “yeddilik”də “Azəryol”un oyunçusu Yovana Brakoçeviç də yer alıb.

 

Serbiyalı ulduz 10 qarşılaşmanın nəticəsinə əsasən tərtib olunan siyahıda ən yaxşı hücumçulardan biri olub. Bakı təmsilçisinin “Ştiinta” (Rumıniya) üzərində 3:0 hesablı qələbəsində 21 xal toplamaqla, görüşün ən dəyərli voleybolçusu seçilən Brakoçeviç ön xəttə Yeon-Kounq Kim (“Fənərbaxça”, Türkiyə) və “Azəryol”un sabiq üzvü İndre Sorokayteylə (“Pyaçentsa”, İtaliya) “trio” təşkil edib.

 

CEV blokda rusiyalıları fərqləndirib. Bunun üçün siyahıda Yuliya Morozova (“Dinamo”, Moskva) və Yelena Yuryeva (“Dinamo”, Kazan) “keçilməz sədd” seçiliblər.

 

Ən yaxşı toppaylayıcı nominasiyasında Katlin Ueiss (“Agel”, Çexiya) birinciliyi ələ alıb. “Yeddiliyi” isə Rusa Koskelo tamamlayır. Debütant “Salo”nun (Finlandiya) liberosu mövqeyində bütün rəqiblərindən yaxşı təsir bağışlayıb.

 

Qeyd edək ki, II turda “Rabitə”nin oyunçusu Tori Dikson da simvolik yığmada yer almışdı. O, 2 ən yaxşı blokçudan biri olmuşdu.