15:10 14-12-2014
news_image
567
TOP OYUNLARI

“Azəryol”un rəqibi derbidə qalib gəlib, ilk pilləyə yüksəldi

Qadın voleybolçular arasında Türkiyə çempionatında X turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, “Azəryol”un Çempionlar Liqasındakı rəqibi “Fənərbaxça” “Beşiktaş”la üz-üzə gəlib.

 

“Sarı-lacivərdlilər” İstanbul derbisinin ilk setində “qara qartallar” qarşısında aciz qalıb – 18:25. Növbəti hissələrdə isə rəqibimiz qələbə qazanmağı bacarıb.

 

Beləliklə, “Fənərbaxça” “Beşiktaş”ı 3:1 (18:25; 25:20; 25:14; 25;14) hesabı ilə məğlub edərək, 9-cü qələbəsinə sevinib. “Qara qartallar” isə 8-ci dəfə meydanı başı aşağı tərk edib.

 

Qeyd edək ki, “sarı-lacivərdlilər” bu qələbədən sonra xalını 26-ya çıxarıb və turnir cədvəlində müvəqqəti də olsa, ilk pilləyə yüksəlib. Bu gün isə “VakıfBank” “Qalatasaray”ı məğlub edəcəyi təqdirdə, yenidən zirvəni rəqibimizin əlindən alacaq.