09:29 15-12-2014
news_image
494
TOP OYUNLARI

Yığmamızın oyunçusu izlədi, komandası darmadağın etdi

Qadın voleybolçular arasında Polşa Orlen Liqasında XI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Yana Ağayevanın şərəfini qoruduğu “Atom” “PGNİG Nafta Pila”nın qonağı olub.

 

Qarşılaşma təmsilçimizin komandası üçün “quru hesablı” qələbə ilə başa çatıb – 3:0 (25:17; 25:18; 25:13). Ağayeva isə matçı yenə ehtiyat oyunçular skamyasından izləyib.

 

XI oyun həftəsində “Rabitə”nin Çempionlar Liqasında rəqibi olan “Ximik” də rəqibinə 1 set belə güzəştə getməyib. Şetsin təmsilçisi “Bıdqoşz”a 3:0 (25:12; 25:11; 25:20) hesabı ilə qalib gəlib.

 

Bu qələbə “Ximik”in liderliyini davam etdirməsi ilə nəticələnib. 11 matçdan 31 xalı olan rəqibimiz 3 yerdə qərarlaşan “Atom”u 5 xal qabaqlayır.