10:51 16-12-2014
news_image
433
TOP OYUNLARI

Bakıdan ayrıldı, hakimləri tanıdı

“Azərreyl” bu gün Bakını tərk edib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi səhər saatlarında İsveçrəyə yollanıb.

 

Komandanın səfərə çıxmasında məqsəd “Çelenc Cup”ın 1/16 final mərhələsində iştirakdı. İlk qarşılaşmada “Könits” klubuna 3:0 hesabı ilə qalib gələn Vüqar Əliyevin yetirmələri sabah ikinci matçına çıxacaq.

 

Bu arada “Könits” – “Azərreyl” qarşılaşmasını idarə edəcək hakimlər briqadası da məlum olub. Komandaları oyuna Konalsi Qyoka (Albaniya) və Yanita Riçter (Almaniya) çıxaracaqlar.