13:31 16-12-2014
news_image
343
TOP OYUNLARI

Çempionlar Liqasında və “Ayaçço”nun görüşündə azərbaycanlı söz sahibləri

Avropa Voleybol Konfederasiyası (CEV) bu həftə keçiriləcək avrokubok matçları üçün 2 azərbaycanlı hakimə dəvət göndərib. Apasport.az saytının məlumatına görə, beynəlxalq qurum Eldar Əliyevin Çempionlar Liqasında, Konstantin Selinin CEV kubokda ədaləti qorumasını məqsədəuyğun sayıb.

 

Belə ki, “İqtisadçı”nın sabiq məşqçisi Çempionlar Liqasının IV turu çərçivəsində kişi voleybolçular arasında baş tutacaq “Marek” (Bolqarıstan) – “Teruel” (İspaniya) oyununda ikinci hakim funksiyasını yerinə yetirəcək. Əliyev dekabrın 18-də Samokov şəhərində təşkil olunacaq görüşdə yunanıstanlı Georgios Georgouleasa yardım edəcək.

 

Selin də kişi voleybolçuların yarışında ikinci referi olacaq. Həmyerlimiz CEV kubokunun 1/8 final mərhələsinin cavab matçı çərçivəsində “Arkas” (Türkiyə) – “Ayaçço” (Fransa) duelində digər yunanıstanlı Aleksandros Milonakislə birgə idarəçilik edəcək.

 

Bu matç isə dekabrın 17-də oynanılacaq. Komandaların ilk duelində fransalılar 3:2 hesabı ilə qalib gəliblər.