15:33 16-12-2014
news_image

Azərbaycan boksçusu Fariz Məmmədov “K2 Promotions” turnirini qazandı - FOTO

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Fariz Məmmədov Ukraynanın paytaxtı Kiyevdə keçirilən “K2 Promotions” turnirinin qalibi olub. Apasport.az saytının xəbərinə görə, turnirdə Fariz Məmmədovun rəqibi Ukraynanın tanınmış bokscularından olan Valentin Kuts olub.

 

Reytinq xarakterli olan döyüş səkkiz raunddan ibarət olub, lakin F.Məmmədovun ağır zərbələri V.Kutsu ikinci raundda nokaut edib.

 

Qeyd edək ki, 25 döyüşə çıxan Kuts səkkizi nokaut olmaqla, 22 qələbə qazanıb. 2010-cu ildə peşəkarlar arasında Avropa çempionu titulunu qazanan Kuts, Fariz Məmmədovun cox güclü bir rəqib olduğunu etiraf etdi.