11:23 17-12-2014
news_image
540
DİGƏR NÖVLƏR

AVİF-dən bayram hədiyyəsi - VİDEO

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni Il münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) "SharkHead" velosipedçilər klubu ilə birlikdə dekabrın 27-də velosiped həvəskarları üçün "Critical X-Mass Baku" yürüşü keçirəcək. Apasport.az saytının məlumatına görə, veloyürüş saat 15:00-da Azadlıq meydanından (Hökumət Evinin qarşısı) start götürəcək.

 

İştirakçılar şəhər küçələri ilə 18 km məsafə qət edəcəklər və yürüş elə başladığı yerdə sona çatacaq. Tədbir yekunlaşdıqdan sonra isə kiçik yaşlı uşaqlara federasiya tərəfindən yeni il hədiyyələri təqdim olunacaq.

 

AVİF bütün velosiped həvəskarlarını dekabrın 27-də yürüşə dəvət edir və bayram sevincini birgə yaşamağa çağırır.