16:16 17-12-2014
news_image
3473
TOP OYUNLARI

Suraxanı qəsəbə stadionu “Qarabağ”a verildi

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu tam olaraq “Qarabağ” futbol klubuna verilib. Apasport.az saytının məlumatına görə, bununla bağlı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev təlimat verib.

 

“Qarabağ”ın hakimlərin haqsızlığı və qərəzli mövqeyi ucbatından növbəti mərhələyə çıxa bilmədiyini vurğulayan cənab prezident Ağdam klubunun tarixə düşdüyünü qeyd edib. Bundan əlavə, klubun inkişafı üçün öz dəyərli məsləhətlərini verən ölkə başçısı “Qarabağ” adının komandanın üzərinə əlavə məsuliyyət qoyduğunu bildirib və bu komandanın gələcəkdə də ölkəmizi dünyanın idman arenalarında layiqincə təmsil edəcəyinə inandığını söyləyib. Görüşdə klubun bazası ilə maraqlanan prezident “Qarabağ”a bir hissəsi icarəyə verilən Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunun tam olaraq kluba ayrılması haqqında təlimat verib.