09:10 18-12-2014
news_image
308
TOP OYUNLARI

Krasnodar “Dinamo”su Bakı klubuna rəqib oldu

Bakının “Lokomotiv” voleybol klubunun CEV kubokunun 1/4 final mərhələsindəki rəqibinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi “Çelenc raund”a gedən yolda Rusiya çempionatının lideri olan Krasnodar “Dinamo”su ilə qarşılaşacaq.

 

Belə ki, 1/8 finalın ilk görüşündə “Hameenlinna”ya (Finlandiya) 3:0 hesabı ilə qalib gələn şimal qonşularımız səfər matçında da asan qələbə qazanıb – 3:0 (25:19; 25:18; 25:12).

 

“Dinamo” ilə ilk qarşılaşma yanvarın 13-15-də Bakıda, cavab oyunu 1 həftə sonra Krasnodarda olacaq. 

 

Qeyd edək ki, “Lokomotiv” ilk 2 mərhələdə “Rote Raben” (Almaniya) və “Srvena Zvezda”nı (Serbiya) mübarizədən kənarlaşdırıb.