12:11 22-12-2014
news_image
296
TOP OYUNLARI

Yığmamız bürüncü əldən verdi

 

Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının (EEVZA) növbəti çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 17 yaşadək qızlar arasında Latviyada keçirilən turniri Azərbaycan millisi 4-cü yerdə başa vurub.

 

Belə ki, qrup mərhələsində 2-ci yeri tutaraq, yarımfinala yüksələn komandamız finala gedən yolda digər qrupun birincisi Polşa yığması ilə üz-üzə gəlib. Görüş təmsilçimizin 1:2 (18:25; 25:23; 24:26) hesablı məğlubiyyəti ilə başa çatıb.

 

3-cü yer uğrunda matçda da komandamız qələbə qazana bilməyib. Bu dəfə Ukrayna millisi 2:1 (25:23; 27:25; 25:18) hesabı ilə qalib gəlib.

 

Çempion adına isə Polşanı məğlub edən Rusiya millisi layiq görülüb. Onlar rəqiblərini 2:1 (25:20; 25:13; 17:25) hesabı ilə məğlub ediblər.

 

Qeyd edək ki, 8 komandanın iştirakı ilə keçirilən turnir 3 setədək oynanılıb.