00:20 24-12-2014
news_image
422
DİGƏR NÖVLƏR

Qaliblərin adı açıqlanacaq - FOTOSESSİYA

Azərbaycan Velosiped İdmanı Federasiyası, Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə Gənclər Təşkilatı ilə birlikdə velosiped idmanının inkişafına və yaradıcı gənclərin tanıtımına dəstək olmaq məqsədilə "Velosiped idmanı gənc rəssamların gözü ilə" mövzusunda rəsm, heykəl və dekorativ sənət əsərləri üzrə müsabiqə elan edib. Apasport.az saytının məlumatına görə, artıq qaliblərin adı məlumdu.

 

2 ay öncə startı verilən müsabiqəyə ümumilikdə 200-ə yaxın əsər təqdim edilib. Ən yaxşı sənət əsərlərini isə Azərbaycanın xalq rəssamı Ağəli İbrahimovun başçılıq etdiyi münsiflər heyəti müəyyənləşdirib. Qaliblərin adı dekabrın 24-ü, saat 18:00-da Dənizkənarı Milli Park ərazisindəki "Park Bulvar" AVM-də təşkil ediləcək tədbirdə açıqlanacaq. Ən yaxşı 3 əsərin müəllifi müvafiq olaraq 500, 300 və 200 AZN məbləğində pul mükafatına layiq görüləcək. Bundan başqa, digər həvəsləndirici mükafatlar da nəzərdə tutulub.

 

Müsabiqəyə qəbul edilmiş ən yaxşı əsərlər dekabrın ayının 24-dən 26-dək "Park Bulvar" AVM-də sərgilənəcək.