09:00 24-12-2014
news_image

Azərbaycan çempionatında ilk

Bu gün taekvondo üzrə gənclər və böyüklər arasında Azərbaycan çempionatı start götürəcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək yarışa Bakı və bölgələrdə fəaliyyət göstərən klubların 500-dən artıq idmançısı qatılacaq.

 

Belə ki, 310-dək gənc taekvondoçu (10 çəki dərəcəsində) dekabr 24-26-da güclərini yoxlayacaq. Ardınca böyük yaş qrupu üzrə 200-dək (8 çəki dərəcəsində)  idmançı münasibətinə aydınlıq gətirəcək və daha 2 gün davam edəcək çempionat dekabrın 28-də başa çatacaq.

 

Yarışda şəxsi və komanda birinciliyi üzrə yerlər müəyyən edildikdən sonra fərqlənən taekvondoçu və komandalara federasiya tərəfindən müvafiq dərəcəli diplom və mükafatlar veriləcək.

 

Qeyd edək ki, ötən illərdən fərqli, bu dəfə yerli hakimlərlə yanaşı,  Rusiya, İran, Cənubi Koreya və Qazaxıstandan olan ədalət təmsilçiləri də döyüşləri idarə edəcəklər.