09:22 24-12-2014
news_image
3081
TOP OYUNLARI

Azərbaycan millisinin hücumçusu Türkiyə Superliqasında!

Azərbaycan millisinin voleybolçusu Yana Ağayeva Polşanın “Atom” klubu ilə vidalaşıb. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçu Sopot təmsilçisinin əsas heyətinə düşə bilmədiyindən iyunda 1 illik bağlanılan müqavilə qarşılıqlı şəkildə pozulub.

 

Buna baxmayaraq, Ağayeva legioner karyerasını davam etdirəcək. Hücumçumuz “Atom”dan ayrıldıqdan dərhal sonra Türkiyənin “Çanakqala Bələdiyyəspor” klubu ilə anlaşıb. Milliləşdirilmiş oyunçumuz ən azı mövsümün sonunadək bu komandanın şərəfini qoruyacaq.

 

Yana Çanakqala təmsilçisində klubdan göndərilən polşalı Kinqa Kasprzakın yerinə transfer olunub.

 

Qeyd edək ki, Ağayevanın yeni komandası Türkiyə Superliqasında 10 turdan sonra 13 xalla 7-ci pillədədi.