13:45 24-12-2014
news_image
494
DİGƏR NÖVLƏR

“İlin qalibləri” açıqlandı - SİYAHI

İdman Araşdırmalar Mərkəzi (İAM) "İlin qalibləri" layihəsinə yekun vurub. Apasport.az saytına verilən məlumata görə, ardıcıl ikinci dəfə təşkil olunan layihənin bu gün mükafatlandırma mərasimi keçirilib.

 

Gənclər və İdman Nazirliyi, müxtəlif federasiyalar, veteran futbolçular və idman ictimaiyyətinin digər nümayəndələrinin iştirakı baş tutan tədbir yenilikləri ilə diqqət çəkib. 1 il öncə 34 KİV-in qatıldığı sorğuya daha 7-si əlavə olunub. Həmçinin, 2013-cü illə müqayisədə bu dəfə respondentlərə 7 deyil, 9 nominasiya üzrə qalibləri seçmək imkanı verilib. Qaliblərin adları isə videogörüntü ilə açıqlanıb.

 

Beləliklə, 3 ildi fəaliyyət göstərən İAM-ın sorğusuna qatılan həmkarlarımız 2014-cü ildə "İlin qalibləri" hesab etdikləri siyahı belədi:  

1. İlin idman xadimi
- Azad Rəhimov (Gənclər və idman naziri, "Bakı-2015" I Avropa Oyunlarının baş icraçı direktoru

2. İlin idmançısı
- Hacı Əliyev (sərbəst güləş üzrə Avropa və dünya çempionu)

3. İlin yerli futbolçusu
- Qara Qarayev ("Qarabağ")

4. İlin əcnəbi idmançısı
- Riçard Almeyda ("Qarabağ")

5. İlin komandası (kollektiv idman növləri üzrə)
- "Qarabağ" futbol komandası

6. İlin baş məşqçisi (bütün idman növləri üzrə)
- Qurban Qurbanov ("Qarabağ")

7. İlin idman jurnalisti

Natiq Muxtarlı (komanda.az)
 

8. İlin mətbuat katibi

Nurlan İbrahimov (“Qarabağ” futbol klubu)

 

9. İlin azarkeşi

İlqar Həmzəyev

 

Qeyd edək ki, mükafatlandırma mərasimində sürpriz olay baş verib. Tədbirdə 41 KİV nümayəndəsinin hamısının səsini qazanan Qurban Qurbanov mütləq qalib elan olunub.