18:58 24-12-2014
news_image
328
DİGƏR NÖVLƏR

Nazir: Bəzi idmançılarımız qanı bahasına medal qazanırlar

Bu il Azərbaycan idmançıları nüfuzlu beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında üst-üstə 805 medal qazanıblar. Apasport.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov açıqlayıb.


Gənclər və İdman Nazirliyinin 2014-cü ilin yekunlarına həsr olunan tədbirində çıxış edən  nazir əldə olunan uğurlardan danışıb: “Biz deyə bilərik ki, hər gün Azərbaycan bayrağı dünyanın müxtəlif ölkələrində dalğalanıb. Medalların 275-i qızıldı. Bu isə o deməkdi ki, bu qədər himnimiz səslənib”.

 

Rəhimov Bakıda keçiriləcək I Avropa Oyunlarının hazırlığına da toxunub: “Texniki baza güclənir. “Bakı-2015” ərəfəsində struktur hazır olacaq və dünya standartlarına cavab verəcək”.

 

Nazir Çinin Nanjinq şəhərində keçirilən Yeniyetmələrin Olimpiya Oyunları ilə bağlı fikirlərini də açıqlayıb: “Nanjinqdə yığmamız sübut etdi ki, yeni nəsil yetişir. 204 ölkə arasında 10-cu yeri tutduq. Bəzi idmançılarımız qanı bahasına belə medal qazanırlar”.