19:20 24-12-2014
news_image
3680
DİGƏR NÖVLƏR

Nazirlik ilə yekun vurub, "Qızıl onluğ"u açıqladı

Bu gün Gənclər və İdman Nazirliyi 2014-cü ilə yekun vurub. Apasport.az saytının məlumatına görə, “Buta Palace”də təşkil edilən mərasimdə ən yaxşılarının adları məlum olub.


Tədbirdə həmişəki kimi ilin ən yaxşı idmançıları, komandası və futbol komandası mükafatlandırılıb.


İlin ən yaxşı yığma komandası

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması

 

İlin ən yaxşı futbol komandası

“Qarabağ”

 

“Qızıl onluq”

Hacı Əliyev (sərbəst güləş, dünya və Avropa çempionu)

Mariya Stadnik (qadın güləşi, dünya çempionatının bürünc mükafatçısı və Avropa çempionu)

Yelena Vıstropova (boks, dünya çempionatının bürünc mükafatçısı və Avropa çempionu)

Eduard Məmmədov (kikboksinq, dünya və Avropa çempionu)

Marina Durunda (bədii gimnastika, dünya kubokunun bürünc mükafatçısı)

Xetaq Qazyumov (sərbəst güləş, dünya və Avropa çempionatının gümüş mükafatçısı)

Radik İsayev (taekvondo, Avropa çempionu)

Fərid Mayılov (kunq-fu, dünya və Avropa çempionu)

Rəsul Çunayev (guləş, dünya çempionatının bürünc və Avropa çempionatının gümüş mükafatçısı)

Elmar Qasımov (cüdo, Avropa çempionatının gümüş mükafatçısı)