10:49 25-12-2014
news_image
514
STOLÜSTÜ OYUNLAR

Azərbaycan çempionu 1200 manat qazanacaq

Kişi şahmatçılar arasında Azərbaycan çempionatının keçiriləcəyi vaxt dəqiqləşib. Apasport.az saytının məlumatına görə, ölkəmizin ən güclü zəka sahibləri yeni ilin ilk yarışına yanvarda start verəcəklər.

 

Ayın 6-da başlayacaq yarışın qalibi 9 turun yekununa əsasən bilinəcək. Çempionatın ümumi mükafat fondu isə 5 min manat təşkil edəcək. Qalib 1200, gümüş medalçı 1000 və 3-cü yerin sahibi 800 manat irəli düşəcək. Ümumilikdə, ilk “12-liyə” pul mükafatı veriləcək.

 

Qeyd edək ki, yarışa həmişəki kimi millimizin liderləri də qatılacaq.